ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər
Bu gün AŞURA günüdür

Bu gün Məhərrəm ayının 10-cu günü, Aşura günüdür.
Aşura günü – Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin (ə), onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.
Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Müsəlmanlar bu günü yas günü kimi qəbul edir və əzadarlıq edirlər.
İslamazeri.com xəbər verir ki, bu günlə əlaqədar Azərbaycanda da məscidlərdə əzadarlıq, ehsan məclisləri olacaq, xütbələr oxunacaq, mərsiyələr deyiləcək və həmçinin müəyyən məscidlərin qarşısında qanvermə aksiyaları təşkil olunacaq.