Bu gün, azadələrin İslami İrana qayıdışlarının ildönümü günüdür

1990-cı ilin avqustunda İslami İran illər boyu İraqın bəəs rejiminin qorxunc zindanlarında əsir olduqdan sonra İslami İrana daxil olmuş başıuca azadələrin iştirakının şahidi oldu.
Azadələrin illər boyu ən şiddətli işgəncələrə dözdükdən sonra geri dönmələri İran xalqının düşmən qarşısındakı sayıqcasına müqavimətinin nəticəsi idi.
Azadələrin İslami İrana qayıtmaları həmçinin İraqın bəəs rejiminin İrana qarşı qəbul etdirdiyi səkkiz il müharibədə İranın and içmiş düşmənlərinin tamahkarlıqları qarşısında amal və prinsiplərə söykənən müqavimətin nailiyyətlərindəndir.
Bu münasibətlə İraqın bəəs rejiminin İrana qarşı qəbul etdirdiyi müharibədə səkkiz il müqəddəs müdafiə dövrünün başıuca azadələrinin anılması istiqamətində xüsusi tədbirlər keçiriləcək