ArxivXəbər lentiXəbərlər

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirildi

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqlar Marneuli rayonunun Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

sakinlər kəndə verilən suvarma suyunun kifayət etməməsindən narazılıqlarını bildiriblər.

 

Sakinlərin sözlərinə görə, kəndə suvarma suyu müxtəlif vaxtlarda qrafiklə verilir və bu da əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına imkan vermir.

 

Onlar bildiriblər ki, arxlarda su gec-gec gəldiyindən bura axıdılan çirkab sular nəticəsində ətrafa pis qoxu yaranır.

 

Əraziyə gələn Təzəkənd kənd rəhbərliyinin nümayəndəsi Vahid Xəlilov sakinlərin şikayətlərinin aidiyyatı qurumlara çatdırılacağına söz verib. O, yay aylarında kəndə suyun qrafiklə verildiyi və bunun da kifayət etmədiyi barədə məlumatlı olduğunu qeyd edib.Report

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button