ArxivXəbər lentiXəbərlər

Bu gün Gürcüstan Müsəlmanları İdarəsi və Azərbaycanlıların Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımına anım mərasimi təşkil edilib

bu gün Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsi və Azərbaycanlıların Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımına anım mərasimi təşkil edilib.

Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən ruhanilər, azərbaycanlı və gürcü elm və ictimaiyyət xadimləri iştirak etdi. Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxundu. Sonra təbirin aparıcısı Mayak Nemətov 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda baş verən insanlıqdan uzaq törədilən vəhşiliklər barədə statistik məlumat verərək, çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, daha sonra Şərqi Gürcüstanın müftisi Yasin Əliyevə verib.

Onlar çıxışında Xocalı soyqrımının ildönümü münasibəti ilə Azərbaycan xalqına və İslam dünyasına baş sağlığı verib XX əsrin faciəsinin dəhşətindən, əsrimizdə də bəzi müsəlman ölkələrində dünyanın seyirci qaldığı soyqrımların, günahsız insan qətllərinin səngimək bilməməsindən, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən aparıcı dövlətlərin Xocalıya laqeyd yanaşdığı kimi bu gün dünyada baş verən hadisələrə də seyirci qalmasından və belə hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət alaraq müsəlmanların ayıq-sayıq, həmrəy olaraq dost və düşmənlərini tanımanın vaxtı çatdığından danışıblar.

Sonra Türkiyə səfirliyinin Din müşaviri Nəbi Gümüş, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov, tanınmış hüquşünas Temuraz Lomsadze və Demokratik İnkişaf Fondunun sədri Badri Çerçvadze Xocalı faciəsinin baş vermə səbəb və nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Qafqazda və dümyada belə faciəvi hadisələrin təkrarlanmaması üçün bu soyqırımın bütün dünyaya çatdırılmasını vacib hesab ediblər.

Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə də öz çıxışında Xocalı ilə əlaqədar qələmə aldığı şeirini iştirakçılara təqdim edilb və sonda şəhidlər üçün ehsan süfrəsi təşkil olunub.
Gürcüstan paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi – FOTO

gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-0p4x3e3p gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-1o1v7z4g gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-1x8i0s1u gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-3u0g2p3s gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-4q1b3l4n gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-4r5x1b8j gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-5r2u5w2l (1) gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-5r2u5w2l gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-6i3u5d6g gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-7m1v9c0m gurcustan-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi-foto-8t6x8y5o

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button