ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür

Mübarək Ramazan ayının 10-u böyük İslam xanımı, Həzrət Rəsuli-Əkrəmin (s) vəfalı həyat yoldaşı və “möminlər anası” (ummul-muminin) Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür.

Qafqaz.ir xəbər verir ki, İslam Peyğəmbərin (s) həyat yoldaşı həzrəti Xədicə (ə) hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açmışdır. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O, islamı qəbul edən ilk qadın idi.

Həzrəti Xədicə (ə) 40 yaşında ikən Rəsuli-Əkrəm (s) ilə (o zaman Peyğəmbər ömrünün 25-ci baharını yaşayırdı) ailə həyatı qurur. Bu ailədən onun Qasim, Abdullah, Rüqəyyə, Zeynəb, Ummu Külsum və Fatimeyi-Zəhra (s) adlı altı övladı olub. İki oğlu Qasim və Abdullah uşaq yaşlarında ikən dünyalarını dəyişiblər.

O həzrət çox iffətli və ismətli olduğu üçün cahiliyyət zamanında ona “Tahirə” (ismətli xanim) ləqəbi vermişdilər.

Həzrət Xədicə (ə.s) 24 il Peyğəmbərlə (s) ömür sürüb. Bu müddət ərzində o həzrətin kədərinə, çətinliklərinə şərik olub.

Peyğəmbəri Əkrəm (s) Xədicənin (ə) ona göstərdiyi mehribanlıqları və fədakarlıqları heç vaxt unutmayıb. Hər zaman onu xatırlayıb və salamlayıb. Həzrət onun haqqda buyurub: “Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi.”

Bu alicənab xanımın Məkkə şəhərində, “Əbu Talib” qəbiristanlığında yerləşən pak qəbri Allah və Onun Rəsulunun aşiqlərinin ziyarətgahıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button