İran və Rusiya arasında fevral ayının ortalarında keçiriləcək hərbi təlimlər Hind Okeanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. qafqaz.ir IRNA-ya istinadən bildirir ki, bunu bazar günü İran ordusunun komandir müavini Həbibollah Sayari söyləyib. O bildirib ki, təlimlər Hind Okeanının şimal hissəsində təhlükəsizliyin təmin edilməsinə yönəlib.