ArxivXəbər lentiXəbərlər
Bu gün İmam Həsən Əsgərinin(ə) şəhadət günüdür

Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadəti günü və Həzrəti Məhdinin (ə.f) imamət dövrü başlayan gündür.
Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, on birinci İmamımız Həzrət Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində anadan olmuşdur. Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə (bəzi mənbələrdə Süsən) xanım olmuşdur.
O Həzrətin digər məşhur ləqəblərindən Nəqi, Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. İmam 22 yaşında ikən imamətə yetişmiş, h.q təqvimi ilə 260-cı ildə, rəbiul-əvvəl ayının 8-də 28 yaşında Mötəmid Abbasinin əli ilə şəhid edilib. Bununla da İslamda Zəmanə Sahibi 12-ci İmam Həzrət Məhdinin (ə.f) imamət dövrü başlayır.