ArxivXəbər lentiXəbərlər
“1 dollar 2 manata qalxsa, banklar üçün pis olacaq”

“1 dollar 2 manata qalxsa, bunun bank sektoru üçün pis nəticələri olacaq”
Bunu “Marja”ya adının açıqlanmasını istəməyən, banklardan birinin İdarə Heyətinin sədri bildirib.
“Hamı üçün pis olacaq. Bu arzuolunmaz haldır. Biz bir neçə xarici məsləhətçilər ilə görüşmüşük. Onlar bizim keçdiyimiz belə iqtisadi vəziyyətləri görüblər və bildirirlər ki, məzənnə 2 manata qalxsa Azərbaycan iqtisadiyyatı üçün yaxşı olmayacaq. Bazara mütləq şəkildə məzənnənin sabitləşməsi lazımdır. Mən iş adamları ilə görüşürəm. Onlar bildirirlər ki, məzənnənin nə qədər qalxacağını bilmədikləri üçün iş görə bilmirlər”./azadlıq/