Paytaxt sakinləri sosial aksiya keçirirlər.
AzadXeber.az məlumat verir ki, bir neçə gündür sosial şəbəkə istifadəçiləri #SonuncuVaqon haştağıyla paylaşımlar edərək, metronun sonuncu vaqonunu qadınlar üçün ayrılmağını istəyirlər. Bu aksiyaya hətta istifadəçisinin sayı çox olan səhifələr də qoşulub.
Paytaxt sakinlərinin əksəriyyəti nəqliyyat vasitəsi kimi əsasən metrodan istifadə edir. Digər vasitələrin tıxacda qalması sərnişinlərin yeraltı nəqliyyatdan daha çox istifadə etməsinə gətirib çıxarır. Bu halda metroda sərnişin sıxlığı yaranır. Sıxlıq o həddə çatır ki, zərif cinsin nümayəndələri insanların arasında qalaraq əzilir.
İrəli sürülən təklif Yaponiya, İran, Hindistan, Misir və s. ölkələrdə tətbiq olunur.
Buna görə, #SonuncuVaqon aksiyasını müsbət qiymətləndirərək Bakıda da həyata keçirmək mümkündür.