ArxivXəbər lentiXəbərlər
Maaşlarını ala bilməyən müəllimlər aksiya keçirdi

Islamtimes – Keçən gün Biləsuvar rayonunun Aşağı Cürəli kənd orta məktəbinin müəllimləri birinci dərsə girməkdən imtina edərək xəbərdarlıq tətili keçiriblər.
Onlar Biləsuvar Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Balaqardaş Kazımovun məktəbə gəlməsini tələb ediblər.
Məktəbin müəllimi Yusif Mehdinin verdiyi məlumata görə, müəllimlər əmək haqlarını ala bilmədiklərindən 3-4 gün əvvəl də xəbərdarlıq aksiyası keçiriblər.
“O zaman Biləsuvar RTŞ-nin müdiri məktəb direktoruna söz verdi ki, müəllimlərin əmək haqları noyabrın 12-də veriləcək. Amma verilən vədə əməl olunmayıb” – deyə Yusif Mehdi bildirib.
Xatırladaq ki, bu gün Cəlilabadda da oxşar problemin olması haqda yazılıb. Bu rayonun müəllimləri də sentyabr ayından bəri maaş ala bilmirlər.