ArxivIslamXəbər lentiXəbərlər
İran narkotik maddələrə qarşı keçirilən əməliyyatlara görə dünyada 1-ci yerdədir

İranın Narkotiklərlə Mübarizə Komitəsinin Baş katibi, polis general-mayoru İsgəndər Mömini jurnalistlərə açıqlama verib.
O, açıqlamasında vurğulayıb ki, İran İslam Respublikası sanksiyalara baxmayaraq dünyada narkotiklərin ələ keçirilməsi ilə bağlı keçirilən əməliyyatlara görə birincidir.
“Ötən ilə 950 ton narkotik ələ keçirmişik. Bu əməliyyatlar əsasən sərhəd bölgələrində baş tutub”, – deyə İgəndər Mömini diqqətə çatdırıb.
General qeyd edib ki, bu gün narkotik maddələrin dövriyyəsində əsasən ABŞ və bəzi qərb dövlətləri xüsusi ilə maraqlıdırlar.