Aktual
Bu həftə Milli Şura toplanır
İyunun 7-də Demokratik Qüvvələrin Milli Şurasının təsis yığıncağı keçiriləcək.
Təsis yığıncağı VHP-də baş tutacaq. Əldə etdiyimiz məlumata görə, VHP-nin siyasi partiya liderləri ilə apardığı danışıqların nəticəsi müsbət şəkildə həll olunub. VHP Milli Şurada 6 nümayəndə ilə təmsil olunacaq.Xatırladaq ki, Milli Şuranın yaradılması ideyası kinodramaturq Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülmüşdü. R.İbrahimbəyovun bu təklifi müxalifət qüvvələri tərəfindən müsbət qarşılanıb.Qeyd edək ki, Milli Şurada AXCP, Müsavat partiyaları, “EL” Hərəkatı, dindarlar və s. müxalifət qüvvələri təmsil olunurlar.(avropa)