Tbilisidə qızlar arasında Quran müsabiqəsi keçirilib – Foto

Gürcüstan Müsəlman Qadınlar icmasının təşkilatçılığı ilə Tbilisi Cümə məscidində yeniyetmə qızlar arasında Quranın oxunuşu üzrə müsabiqə keçirilib
İslamazeri.az-ın verdiyi xəbərə görə, BGMİ-nin nəzdində fəaliyyət göstrən Gürcüstan Müsəlman Qadınlar icmasının təşkilatçılığı ilə Tbilisi Cümə məscidinin zalında Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə qızlar arasında müqəddəs kitabın üzündən ərəbcə düzgün şəkildə oxunuşu üzrə yarış keçirilib.
Yarışda ölkənin müxtəlif yerlərindən 40-a yaxın yeniyetmələr hakimələr qarşısında özlərini sınayıblar.
Yarış Qurani-Kərimin tilavəti ilə açıq elan olunub. Yarışda qalib olan 4 nəfər tələbə və onların müəllimələri Hz. İmam Mehdinin (ə) mövlud günü mərasimində Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən mukafatlandırılacaq.
– See more at: http://islamazeri.az/tbiliside-qizlar-arasinda-quran-musabiqesi-kecirilib-foto–34628.html#sthash.eVLpRtPz.dpuf