ArxivXəbər lentiXəbərlər
Bu il Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəliblər… – ilginc statistika

2018-ci ilin ilk 8 ayında Azərbaycana iki milyon xarici vətəndaş səfər edib. Avqust ayında Azərbaycana gəlmiş xarici səyahətçilərin sayı 2017-ci ilin avqust ayı ilə müqayisədə 4.7 faiz artaraq 320 minə çatıb.
Qafqaz.ir Moderator.az-a istinadən xəbər verir ki, bu barədə musavat.com-a Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, 2018-ci ilin yanvar-avqust aylarında ölkəyə gəlmiş xarici ziyarətçilərin sayı təqribən 2 milyona çatıb. Bu isə 2017-ci ilin ilk 8 ayı ilə müqayisədə 8.5 faiz çoxdur: “Avqust ayında artım əsasən İrandan gələn səyahəçi axınının azalması ilə əlaqədar olaraq, iyun (10.8 faiz) və iyul (5.3 faiz) aylarından az olub. 2018-ci ilin avqust ayında Azərbaycana gəlmiş 20.3 min iranlı keçən ilin avqust ayında gəlmiş 39.5 min iranlıdan təqribən 2 dəfə azdır. 2018-ci ilin ilk səkkiz ayında Azərbnaycana səfər ermiş iranlıların sayı 2017-ci ilin eyn dövrü ilə müqayisədə 25 faizdən çox azalaraq 250 mindən 186 minə düşüb”.
K.Quluzadə bildirdi ki, İrandan gələn səyahətçilərin axınının azalması Yaxın Şərq və Asiya ölkələrindən gələnlərin sayının ciddi şəkildə artması ilə qismən kompensasiya edilib. 2017-ci illə müqayisədə Yaxın Şərqdən gələn səyahətçilərin sayı avqust ayında 25 faiz, 2018-ci ilin ilk səkkiz ayında isə 46faiz artaraq 195 mindən 284 minə qalxıb: “Ən yüksək artım İraq (19.2 faiz), Bəhreyn(142 faiz), Küveyt (123.9 faiz), Qətər (86.6 faiz) və İsraildən (240.7 faiz) gələn səyahətçilər arasında müşahidə olunur. Asiya ölkələrindən gələnlərin sayı avqust ayında 68 faiz, 2018-ci ilin ilk səkkiz ayında isə 59 faiz artıb, yəni, 86 mindən 136 minə çatıb. Ən yüksək artım Hindistan (210.1 faiz), Pakistan (181.6 faiz), Türkmənistan (75.6 faiz) və Çindən (57 faiz) gələn səyahətçilər arasında müşahidə edilir: “Tarixi baxımdan Azərbaycan üçün ən böyük bazarlar Rusiya, Gürcüstan, İran və Türkiyə olub. Avqust ayında Rusiyadan təqribən 3 faiz, 2018-ci ilin ilk səkkiz ayında isə ümumilikdə 623 min olmaqla 5 faiz daha çox səyahətçi gəlib. Daha yüksək artım Gürcüstandan gələn səyahətçilər arasında müşahidə edilir. Belə ki, burada avqust ayında artım 16 faiz, 2018-ci ilin ilk səkkiz ayında isə 10 faiz təşkil edir. Səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində 2017-ci illə müqayisədə 350 mndən 385 minə qalxmışdır. Türkiyədən gələn səyahətçilərin sayı avqust ayında 13 faiz aşağı düşüb, lakin 2018-ci ilin ilk 8 ayında 2017-ci ilin göstəricisi – 194 min olduğu kimi qalıb. İrandan gələn səyahətçilərin sayının azalması müşahidə edilib. Avqust ayında İrandan təqribən 48/ faiz, 2018-ci ilin ilk səkkiz ayında isə 186 min olmaqla 25 faiz daha az səyahətçi gəlib”.
Müsahibimizin dediyinə görə, Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 66 faizini təşkil edir. Bununla belə, qeyd edilmiş 6 ölkə və regionun bazar payında bəzi dəyişikliklər baş verib: “Belə ki, İran 2017-ci ilin eyni dövrü ilə müqayisədə bazar payının təqribən 5 faizini, Rusiya, Gürcüstan və Türkiyə isə sadəcə 1 faizini itirib. Yaxın Şərq və Asiyanın bazar payı isə, əksinə, müvafiq olaraq 3 faiz və 2 faiz artıb”.