Azərbaycanda cari ildə baş verən intihar hadisələrinin sayı açıqlanıb.
Qafqaz.ir xəbər verir ki, bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.
O, qeyd edib ki, 2021-ci ilin I yarımili ərzində respublikada 239 kişi olmaqla 322 nəfər intihar edib.
İntihar hadisələrinin 115-i paytaxtda, 207-si isə digər rayon və şəhərlərdə qeydə alınıb.