ArxivIslamXəbər lentiXəbərlər

Bu il Pakistanda əzadarlıq məclislərinin təhlükəsizliyini əhli-sünnə əhalisi qoruyacaq

“Minlərlə əhli-sünnə vətəndaşı əzadarlıq yürüyüşlərinin önündə hərəkət edərək, terror hadisəsinin olacağı təqdirdə özlərini fəda etməyə hazır olduqlarını dilə gətiriblər.”

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, bu il Pakistanda əzadarlıq məclislərinin təhlükəsizliyini əhli-sünnə əhalisi öz öhdəsinə götürüb.

Minlərlə əhli-sünnə vətəndaşı əzadarlıq yürüyüşlərinin önündə hərəkət edərək, terror hadisəsinin olacağı təqdirdə özlərini fəda etməyə hazır olduqlarını dilə gətiriblər.

Ölkənin 26 şəhərində keçirilən əzadarlıq mərasimləri vertalyotlar tərəfindən nəzarətdədir və Aşura gününədək internet və telefon əlaqələri kəsili olacaq.

Ümumilikdə 21 min təhlükəsizlik qüvvəsi 129 əzadarlıq heyətlərini müdafiə etmək üçün səfərbər olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button