2021-ci ilin ilk 6 ayında Türkiyədə yeni doğulan qız uşaqlarına ən çox Zeynəb, oğlan uşaqlarına isə Yusif adı qoyulub.
Qafqaz.ir CNN Türk-ə istinadən xəbər verir ki, ilk 6 ayda Türkiyədə ümumilikdə 507 min 909 uşaq dünyaya gəlib. Onlardan 261 min 66-sı oğlan, 246 min 843-ü isə qız olub.
Zeynəb adı 4959 uşağa, Yusif adı isə 3431 uşağa qoyulub.