ArxivXəbər lentiXəbərlər

Bu ilin 3 ayında Azərbaycanda körpələrə ən çox verilən adlar məlum olub

Bu ilin 3 ayı ərzində Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.

“Qafqaz.ir” “Report”-a istinadən  xəbər verir ki, bu ilin ötən dövrü ərzində doğulan körpələrə daha çox Yusif (356) və Zəhra (364) adları qoyulub.

2018-ci ilin ötən dövrü ərzində 264 körpəyə Nuray, 251 körpəyə Hüseyn, 250 körpəyə Əli, 236 körpəyə Məryəm, 227 körpəyə Aylin, 226 körpəyə Zeynəb, 222 körpəyə Ömər, 212 körpəyə Uğur, 208 körpəyə Fatimə adı verilib.

Doğulan körpələrə verilən adlar arasında Mələk (193), Məhəmməd (189), Murad (183), İnci (174), Ayxan (168), Ayan (157), Dəniz (152), Leyla (131), Tunar (129), Mədinə (117), Xədicə (115), Damla (112), Banu (110), Nilay (105), Rəsul (104), Ümid (103), Həsən (103), İbrahim (102), Fidan (102), Kənan (101) adları da üstünlük təşkil edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button