ArxivXəbər lentiXəbərlər

“Bu təmiz adamı ləkələmək istəyirlər…”

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev haqqında mətbuatda hər hansı bir qaynaq göstərilmədən şər və böhtan xarakterli materialların yayılması həm də QHT sədrləri tərəfindən də etirazla qarşılanır.

Bununla bağlı qafqaz.ir-a açıqlama verən QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, 10 ilə yaxındır vətəndaş cəmiyyəti institutunda fəaliyyət göstərir və bu illər ərzində Şura sədrinin fəaliyyətini yaxından izləyə bilib:

”Azay müəllim həqiqətən də Azərbaycan dövlətinin milli maraqlarını qoruyan, beynəlxalq təşkilatlardakı fəaliyyətində daim dövlətçilik mövqeyindən çıxış edən, həm vətəndaş cəmiyyətinin inkişafında, həm də bir millət vəkili olaraq qanunvericilik bazasının təkmilləşməsində təşəbbüslə çıxış edən şəxsdir. Özünün sadə və səmimiliyi, mədəniyyəti ilə hər zaman nəzərə çarpır. Birmənalı olaraq qeyd etmək istəyirəm ki, Azay Quliyevə qarşı aparılan bu çirkin kampaniya qəbul edilmir və qəbul edilə də bilməz. Yazılan böhtanların ag yalan olduğunu hər kəs təsdiq edə bilər. Məncə, bu cür halların baş verməsi Azay Quliyevin cəmiyyətdə olan çox müsbət imici ilə əlaqədardır. Görünür, Azay Quliyev kimlərisə “narahat” edir və bu səbəbdən də şər, böhtan atır, bu təmiz insanı ləkələmək istəyirlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button