Aktual

Bütün ictimaiyyətə bəllidir ki, islamçıların həbsi siyasi sifarişdir

“Əfvi o şəxs istəyə bilər ki, həqiqətən də hansısa bir günah əməl və yaxud cinayət törətmiş olsun”

vəkil Anar Qasımlı 11 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkərək Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüşüb. O, məhbusdan bir neçə suala cavab alıb.

Mövsüm Səmədov bildirib ki, prezidentə əfv ərizəsi ilə müraciət etmək fikrində deyil: “Əfvi o şəxs istəyə bilər ki, həqiqətən də hansısa bir günah əməl və yaxud cinayət törətmiş olsun. Bütün ictimaiyyətə bəllidir ki, islamçıların həbsi siyasi sifarişdir. Bu həbsin əsas səbəbi dini atributlara qarşı addımlara və ədalətsizliyə etirazımız olub. Bu halda kim kimdən və nəyə görə əfv istəməlidir?”

Rəhbəri olduğu partiyanın prezident seçkisində Ədalət Partiyasının sədri İlyas İsmayılovun namizədliyini dəstəkləməsinə gəlincə, Mövsüm Səmədov deyib ki, yaxın günlərdə partiyanın rəhbərliyində təmsil olunan şəxslərlə görüşü gözlənir, görüşdən sonra bu məsələyə münasibət bildirəcək.

Doktor Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərlə ŞƏRLƏNƏRƏK 12 il müddətinə azadlıqdan məhrum olunub.

Media forum

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button