090425-A-2315M-407
U.S. Army soldiers assigned to 3rd Battalion, 157th Field Artillery, Colorado Army National Guard, light up the range with tracer rounds as they fire the M-240B medium machine gun with the help of night optics at Fort Hood, Texas, on April 25, 2009. The battalion, which arrived at its mobilization station on April 18, is deploying this summer in support of Operation Iraqi Freedom. DoD photo by Staff Sgt. Liesl Marelli, U.S. Army. (Released)
Gədəbəy, Ağdam, Füzuli rayonlarında vəziyyət gərginləşdi.
Azərbaycanın Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 102 dəfə pozub.
Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.