İranın Qum şəhərində Zəmanə Sahibinin (ə.f) şərəfinə ucaldılan Cəmkəran müqəddəs məscidində bir qrup fəxri xidmətçisi Şabaniyyə mövludları ilə eyni vaxtda Nimeyi Şaban ərəfəsində bu müqəddəs məkanın təmizlənməsi və yuyulması işlərini görüblər.
Qafqaz.ir Jamkaran saytına istinadən xəbər verir ki, müqəddəs ziyarətgahın xuddamları xüsusi dua mərasimindən sonra, müqəddəs məscidin xalçalarını qaldıraraq, tozunu alıb və daha sonra xüsusi məhlullar istifadə olunaraq, məscidin divarları və mərmər döşəməsini yuyublar.