ArxivXəbər lentiXəbərlər

Cənubi Osetiya Kırımın yolu ilə gedir: Rusiyaya qoşulmaq üçün referendum

Tanınmamış Cənubi Osetiya Respublikası 2017-ci ildə keçiriləcək prezident seçkilərindən sonra Rusiyanın tərkibinə qoşulmaq üçün referenduma gedəcək. FaktXəbər-in məlumatına görə, bu barədə jurnalistlərə qondarma respublikanın parlamentinin spikeri Anatoli Bibilov bildirib.

“Xalqın arzusu Cənubi Osetiyanın Rusaiyanın tərkibinə qoşulmasıdır və bu sirr deyil. Respublika prezidenti ilə razılaşma var ki, referendum seçkilərdən sonra 2017-ci ildə keçməlidir”, – Bibilov bildirib.

O əlavə edib ki, “istənilən halda mən və prezident Tibilov arasında belə bir razılıq var və şübhə, biz rusiyalı həmkarlarımızla məsləhətləşmələr aparacağıq, çünki bu, birbaşa Rusiya aiddir”. Parlamentin spikeri qeyd edib ki, Rusiya qanunları buna imkan verir, amma hər şey mövcud beynəlxalq vəziyyətdən asılıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button