AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Bəzi dövlət başçıları İmam Hüseynin (ə) matəm mərasimində iştirak etmək əvəzinə iştirakçıları cərimə və həbs edirlər

Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi Türkiyənin Əlqədir əyalətində əhalinin və dövlətin icra aparatının nümayəndələrinin İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak etdiklərinə görə onlara təşəkkür edib və bəzi ölkələrdə dövlət başçılarının əzadarlıq mərasimlərinin keçirilməsinə mane olmalarını tənqid edib.
Qafqaz Mədəniyyət Mərkəzi –Ayətullah Amili bu həftəki cümə namazının xütbələrində dünya ölkələrində İmam Hüseynə (ə) əzadarlıq mərasimlərinin keçirilməsindən söz açaraq deyib: “Bu ilin Məhərrəmində İmam Hüseyn (ə) bayraqları hətta Amerikanın mərkəzi binası olan Ağ Evin qarşısındakı prospektlərdə də qaldırıldı və Hüseyn (ə) aşiqləri əzəmətli mərasimlər təşkil etdilər”.
Xətib çıxışının davamında deyib: “Təəssüflər olsun ki, bəzi müsəlman ölkələrdə dövlət adamları xiyabanlarda əzadarlıq keçirilməsini xalqın hüquqlarının tapdalanması kimi göstərməyə cəhd edirlər. Halbuki, Avropa ölkələri, Amerika və Türkiyə kimi ölkələrin küçə və prospektlərində İmam Hüseyn (ə) əzadarlıqları keçirildi. Mən fürsəti qənimət bilərək buradan Türkiyənin Əlqədir əyalətinin əhalisinin Tasua günü təşkil etdikləri on min nəfərlik əzadarlığa görə onların hərəkətini alqışlayır və onlara öz təşəkkürümü bildirirəm. Əlqədir əyalətində keçirilən matəm mərasimində əyalətin valisi, polis rəisi və jandarma rəisi, habelə sərhəd xidmətinin rəisi iştirak edirdi və xalqın önündə gedirdilər. Şəhərin böyüklərinin əzadarlıqda iştirak etmələri, mərasim təşkil etməkləri nə qədər gözəl bir hərəkətdir!Ancaq bəzi müsəlman ölkələrdə xalqın rəhbərləri əzadarlıqda iştirak etməməkdən əlavə, cərimə və həbslərləəzadarlığa mane olurlar”.
Vəliyyi-Fəqihin nümayəndəsi vurğulayıb: “Bir xalqın etiqad və dini azadlığını onun əlindən almaq ən əsas insan hüquqlarını ən kobud şəkildə pozmaqdır. Məsələn, bir nəfər üzərinə İmam Hüseynin (ə) şüarı olan “Zillət bizdən uzaqdır” yazılmış köynəyi geyinərək, yaxud üzərnə “Salam olsun sənə ya Hüseyn (ə)” yazılmış bir alınlığı başına taxaraq İmama (ə) qarşı olan ədəb və sevgisini göstərmək istəyirsə, bu istəyi onun əlindən almağa bizim haqqımız varmı? Evində yaxud pirdə rövzə məclisi təşkil etmək istəyənin qarşısını almağa haqqımız çatırmı?
İnsanların etiqad və dini inanclarını əllərindən almaq onların toxunulmaz hüquq və qanunlarını tapdalamaq kimidir. Dünyaya hakim olan qayda-qanunlar elə tənzimlənmişdir ki, kimsə bir şəxsin (fərdi və ictimai) toxunulmaz hüququnu ondan almaq istəsə, həyat da öz qanunları ilə qəsbkarın toxunulmaz hüququnu ondan alacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button