Xəbərlər
Çeçenistandakı məscid Rusiyanın ən gözəl yeri seçilib

Rusiyanın 10 ən gözəl yerini müəyyənləşdirmək məqsədilə keçirilmiş “Rusiya-10” müsabiqəsinin qalibi “Çeçenistanın ürəyi” məscidi oldu.
Islamazeri.az-ın “10Russia.Ru” saytına istinadən verdiyi məlumata görə, məscid bu qələbəni Kolomen kremli ilə bölüşdürməli oldu. Belə ki, münsiflər heyəti birinci yeri hər iki memarlıq şedevrinə müştərək şəkildə verməyi qərara alıblar. Məscidin səsvermədə qalibiyyət qazanması üçün Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun müstəsna xidməti vurğulanır.