Ayətullah Xamenei: “Narahat olmayın!”

Mən aramam, narahat deyiləm. Bəziləri deyir ki, biz sizin üçün narahat oluruq. Deyirəm nahaq yerə niyə narahat olursunuz? Mən rahatam, hərəkət edirəm, irəliləyişi görürəm.
Bəli! Təbii ki, düşmənçilik də, müxalifət də var. Yoxdursa təəccüblənməliyik. Xüsusi olaraq hazırlanmış qruplar var ki, mədəniyyət, incəsənət yolu ilə zərbə vurmaq istəyirlər. Bir-birləri ilə münasibət qururlar, pul xərcləyirlər, pul alırlar, xəyanət edirlər, fitnə-fəsad törədirlər, öz çirkin təbiətlərini göstərirlər. Bu İnqilabın hərəkətinə imkan verməmək üçün hərə bir şey edir. Amma, İnqilab hərəkət edir. Bütün çətinliklərin müqabilində dayanır. Amerika məğlubiyyətini etiraf edir, sionistlər etiraf edir. Bunu etiraf etməyənlər, Səudiyyəlilər kimi axmaq olanlar, qürurlu olduqları üçün axmaqdırlar. Zahirdə etiraf etmirlər, amma ürəklərində etiraf edirlər. Bu belədir. Narahat olmayın.