İranın rabitə və elm texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrumi “Pəyam” adlı İran istehsalı peykin qarşıdakı günlərdə kosmosa buraxılacağını açıqlayıb.
qafqaz.ir. Tehranda Elm və Sənaye Universitetində olan Nazir Cəhrumi universitetin kosmos mərkəzini gəzib və alimlərin işləri haqqında məlumat əldə edib.
Cəhrumi bura gəlməsinin əsl məqsədinin universitetin kosmos proyektlərinin son vəziyyətini öyrənmək olduğunu qeyd edib.
Əmr Kəbir Universitetinin “Pəyam” adlı peyki bu həftə atılmaq üzrə təslim ediləcəyini ifadə edən iranlı nazir Elm və Sənaye Universitetinin “Zəfər” peyki “Pəyam”a nisbətən iki qat daha çox inkişaf etmiş olduğunu və tez bir vaxtda tamamlanması lazım olduğunu vurğulayıb