Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İlham Əliyev və Serj Sarkisyanın görüşünün dəqiq tarixinin tezliklə elan ediləcəyini bildirib.
APA-nın məlumatına görə, Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb: Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutması üçün var gücləri ilə çalışırları və bu görüşün dekabrın əvvəllərində baş tutması ehtimal olunur.
C.Uorlik həmçinin deyib: Azərbaycan və Ermənistan XİN başçıları da bu görüşün baş tutması istiqamətində səy göstərirlər.