ArxivXəbər lentiXəbərlər
Ceyms Uorlik Minsk qrupunun həmsədri postunu tərk edir

Amerikalı diplomat Ceyms Uorlik ATƏT-in Minsk qrupunun həmsədri postunu tərk edir.
FaktXəbər-in məlumatına görə, bu barədə o, öz mikrobloqunda yazıb.
Diplomatın sözlərinə görə, o, dekabrın 31-i Minsk qrupunun həmsədri kimi öz missiyasını başa vuracaq.
“Dövlət Departamentində 30 ildən artıq xidmət etmək mənim üçün şərəf olub”, – deyə Uorlik bildirib.
Qeyd edək ki, o, Rusiyada ən böyük və nüfuzlu hüquq firmasının üzvü olacaq.