ArxivIslamSosialXəbər lentiXəbərlər
İstanbulda ABŞ Konsulluğunun önündə Corc Floydla bağlı etiraz aksiyası keçib – FOTO

Maide.Az “deyerler.org”a istinadla xəbər verir ki, İstanbulda ABŞ-ın Baş Konsulluğunun yerləşdiyi prospektə təhlükəsizlik tədbirləri altında, bir qrup ABŞ-da polis tərəfindən öldürülən Corc Floydun fotoşəkilləri olan plakatlar qaldırıb, irqçilik və polis zorakılığına qarşı şüarlar səsləndirib.
Etirazçılar bəyanatlarını oxuduqdan sonra, polis maneələrinin önünə çələng qoyublar.
Sosial məsafə qaydalarına əməl etməyə çalışan qrup etirazdan sonra ərazini tərk edib.



