ArxivXəbər lentiXəbərlər
Türkiyəli professor özünü və qızını öldürdü

Hadisə ABŞ-ın Florida ştatında baş verib.
ABŞ-ın Florida ştatında yaşayan türkiyəli professor 3 yaşlı qızını, sonra isə özünü öldürüb.
Cənubi Florida Universitetində dərs deyən 48 yaşlı Ayxan Ayteş üç yaşlı qızı Ela Dənizi həftə sonu üçün keçmiş həyat yoldaşı Laurel Fiedmandan alıb. Ancaq Ayteş qızını vaxtında anasına gətirmədiyi üçün o, təhlükəsizlik qüvvələrinə xəbər verib.
Polis A.Ayteşin evinə gedib, onun qızını və özünü öldürdüyü ortaya çıxıb.
Ayteş keçmiş həya yoldaşı ilə universitetdə dərs deyərkən tanış olub. Onlar 2018-ci ilin yanvarında boşanıblar.