qafqaz.ir-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, bu gün Maxaçkalada (Rusiya Federasiyası, Dağıstan Respublikası) yerləşən banket zalında qaz balonunun partlaması nəticəsində, dəqiqləşdirilmiş məlumata əsasən, 16 nəfər xəsarət alıb.
Bu barədə FHN Baş İdarəsindən bildiriblər. Qaz balonunun partlaması bu gün – bazar ertəsi günü “Leyli” adlı banket zalında baş verib. Daha əvvəl 10 nəfərin xəsarət alması haqda xəbər verilmişdi. “İlkin məlumata əsasən 16 nəfər xəsarət alıb. Müxtəlif dərəcəli travmalar ilə onlar respublika xəstəxanalarına çatdırılıblar.