Dağıstanın ucqar kəndində Aşura

Etokavkaz.ru-nun əməkdaşları Dağıstanın ən ucqar dağ kəndlərinin birindən repotaj hazırlayıbıar. İslaminSesi həmin reportajı sizə təqdim edir.
“Aşura haqqında çox şaiyələr dolaşır, amma bu danılmaz bir faktdır ki, bu bizim ölkənin(Rusiyanın) ən nadir və təəccüblü ənənələrindən biridir. Elə də çox çəkiliş edə bilmədik, o qədər imkan vemirdilər. Lakin bəzi fürsətlərdə fotolar çəkə bildik.
Aşura hadisəsinin qədim tarixi vardır. Bu hadisə Peyğəmbərin(s) nəvəsi Hüseynin(ə) zalım hökmdar və pis bir müsəlman olan Yezidə qarşı mübarizəsini əks etdirir. Aşura böyük şiə ictimayyət tərəfindən-İranda, Bəhreyndə, Əfqanıstanda, İraq və Azərbaycanda hər il keçirilir. Rusiyada şiələr isə əsasən Dağıstanda yaşayırlar. Xüsusilə Dərbənd və ətraf qəsəbələrdə. Biz isə uca dağ zirvəsində tapdığımız bu aulda möcüzəli şəkildə yaşayan şiələr gördük. Bu aul tamamilə sünni ləzgi kəndləri ilə əhatə olunub. Qəribə burasındadı ki, Dərbəndə Bakıdan və ya Moskvadan Aşuraya gəlirlərsə, bu aula-Miskinc kəndinə dərbəndlilər, hətta qonşu sünni kəndləri axışıb gəlir.
Bütün bu əzadarlığın şüarı da var: “Hər gün Aşura, hər yer Kərbəla” Onlar deyirdilər ki, İmam(ə) onların suyunu kəsdikləri zaman belə demişdir: “Biz ölüm bazarına gəlmişik. Kim almayacaqsa burada qalmasın!” Lakin silahdaşları imamı(ə) tərk etməyiblər.
Uşaqların arasında Əlipaşa adlı biri var. O dayanmadan Hüseyn(ə) sevgisindən danışır. Daha sonra isə onu ön sıralarda görürəm dayanmadan oxuyur və özünü zəncirlə vurur. Sonra onun haqqında öyrəndim ki, dinlə məğul olandan bəri çox sakitləşib və sözəbaxan, tərbiyəli olub.
Gecə isə məsciddə olduq. Kişilər xalçaların üzərində oturub sabaha kimi mərsiyəyə qulaq asdılar. Uşaqlar isə məsciddəkilərə çay və şirniyyatlar payladılar.