ArxivXəbər lentiXəbərlər

Kadırov Qroznıda İslam bankı yaratmaq niyyətində olduğunu bildirib

Çeçenistan rəhbəri Ramzan Kadırov  Qroznıda İslam bankının yaradılması planının müzakirə olunduğunu bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Kadırov “İnstaqram” səhifəsində qeyd olunan məsələnin Birləşmiş Ərəb Əmirliklərinin MAZKORP şirkətinin nümayəndələri ilə müzakirə etdiyini  bildirib.

 Onun sözlərinə görə, məsələnin ilkin müzakirəsi aparılıb, tərəflər layihənin reallaşdırılmasına dair razılığa gəliblər.

 Kadırov İslam bankının yaradılmasının bölgə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib, “çünki respublikada BƏƏ kapitalının iştirakı ilə iri obyektlərin tikintisi həyata keçirilir”.  İslam bankının olmaması bu işləri  əngəlləşdirir.

 Qeyd edək ki, noyabrda Dövlət Dumasında İslam bankının yaradılması təklifi irəli sürülmüşdü.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button