ArxivXəbər lentiXəbərlər

IX `Mövlud Olimpiadası` keçirildi, qaliblər məlum oldu (Foto)

228 iştirakçının qeydiyyatdan keçdiyi “IX Mövlud Olimpiadası” duaların edilməsi ilə başlayıb

 Paytaxt Bakıda İçərişəhər “Cümə” məscidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyilə, əziz Peyğəmbərimizin (s) və 6-cı İmamımızın (ə) mövludu və “Vəhdət həftəsi”münasibətilə elmi-intellektual yarış – “IX Mövlud Olimpiadası” keçirilib.

228 iştirakçının qeydiyyatdan keçdiyi “IX Mövlud Olimpiadası” duaların edilməsi ilə başlanıb. I mərhələnin yekunlarına görə, olimpiada iştirakçılarından 94 nəfər 20 və daha çox bal toplamaqla, ikinci mərhələyə keçib.

Daha sonra ikinci mərhələ keçirilib. İkinci mərhələdə də 20 və daha yüksək xal yığan 75 iştirakçı üçüncü – Final mərhələsinə keçmək imkanı qazanıb.

Finala çıxmış 75 iştirakçı finala çıxmağına görə fəxri fərmanla təltif edilib. 51 nəfər 20-26 bal toplamaqla önəmli nəticəyə görə təltif olunub.

Olimpiadanın 3 iştirakçısından ikisi 28 mümkün xaldan 27-ni toplamışdır. Lakin, öncəki turlanın nəticələrinə görə,

III yer – Allahverdiyeva Mədinə

II yer – İsmayılova Gülsüm

və Mütəllimova Rəna xanım 28 mümkün xaldan 28-ni toplamaqla I yeri tutub və IX “MÖVLUD OLİMPİADASI”nın qalibi olmuşdur.

Qeyd edək ki, Qeyd edək ki, VIII “Mövlud Olimpiadası”nın sualları “Fiqh təlimləri” kitabından tərtib edilmişdir. Builki Olimpiadanın sualları kitabın 2-ci (“Təharət”) və 3-cü (“Namaz”) bölmələrini əhatə edib. Nəzərə alaq ki, Mövlud Olimpiadasının keçirilməsinin ən mühüm hədəfi – maarifçiliikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button