Vətən müharibəsində itkin düşən kiçik çavuş Əkbər Güləhməd oğlu Quliyevin şəhid olduğu müəyyənləşib.
Hərbçimizin şəhid olduğu DNT analizi nəticəsində təsdiqlənib.
Şəhidimizin sabah saat 10:00-da Neftçalanın Xıllı qəsəbəsindəki Cümə məscidində cənazə namazı qılınacaq. Daha sonra onun nəşi Bakıda II Fəxri Xiyabanda torpağa tapşırılması üçün paytaxta gətiriləcək.