ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər
Daha bir ölkədə məktəblilərin hicabla dərsə gəlməsinə icazə verildi

Çeçenistan parlamenti ölkənin təhsil haqqında qanununa əlavələr edib, bu əlavəyə görə, şagirdlərin məktəbə ənənə və ya dininə müvafiq geyimlə gəlmək imkanı olacaq.
Hədəf14.az-a xəbər verir ki, bu barədə RİA Novosti-yə qanunverici orqanın regional mətbuat xidməti bildirib.
“Bu qanun layihəsi tədris təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması və şagirdlərin konstitusiya haqlarına riayət edilməsinə əsas olacaq”, – mətbuat xidməti parlamentin spikeri Məhəmməd Daudovun sözlərindən sitat gətirir.