Aktual

Daha iki azərbaycanlı ekstermist öldürülüb, biri isə ağır yaralanıb

Bu barədə ailələrinə azərbaycanlı radikal silahlıların silahdaşları məlumat verib

Suriyada “Azad Suriya Ordusu” adlı silahlı qruplaşmanın tərkibində döyüşən azərbaycanlı radikal dini cərəyanlara qoşulanlardan olan Zaqatalanın Muxax kənd saklinlərindən iki nəfəri Məmmədov Rəşad Zəkəriyyə oğlu və Süleymanov Rizvan İsmayıl oğlu bu ölkənin silahlı qüvvələri tərəfindən öldürülüb.
Bu barədə ailələrinə azərbaycanlı döyüşçülərin silahdaşları məlumat verib.
İki ay əvvəlki çəkilişimizdən sonra rayonun hüquq mühafizə orqanları tərəfindən ciddi təyziqlərə məruz qaldıqlarını əsas gətirən Rizvan Süleymanovun valideynləri bu dəfəki gəlişimizdə bizi kəskin aqresiya ilə qarşılayaraq, Rizvan Süleymanovun anası Xaccat Qədirova heç bir açıqlama verməyəcəyini bildirdi: “Yenə gəliblər, niyə gəlmisiniz? Yenə yaramı qanadacaqsız?! Hər şeyi öyrənmisiniz, daha bizdən nə soruşmaq, nəyi bilmək istəyirsiniz. Daha sizə heç nə deməyəcəyik”.

Övladının həlak olmasında az qala bizi günahlandıran ananın son cavabı isə “Oğul mənimdir, hara göndərərəm mən bilərəm” oldu.
Rəşad Məmmədv və Rizvan Süleymanovun valideynləri övladlarının öldüyünü təsdiqləsələr də, onların şəhid olduğunu iddia edirlər.

Valideyinlərinin yaşadıqları Muxax kəndində Suriyada öldürülən iki nəfərdən yalnız birinin Rizvan Süleymanovun yas mərasimi təşkil olunub. Cəmi bir gün baş tutan hüzrdə əsasən qohumları iştırak edib, kənd sakinləri yas mərasiminə qatılmayıb. Kənddə olarkən onu da öyrəndik ki, Suriyadakı silahlı qruplaşmalara qoşulan digər kənd sakini Məmmədov Vahid Məhəmməd oğlu da son döyüşlərdə ağır yaralanıb.
/ANS/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button