AktualArxivXəbər lentiXəbərlər
Danimarkada Peyğəmbəri (s) təhqir edənlər hədəfə alındı; ölən və yaralılar var- (Foto)

qafqaz.ir/az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Kopenhaqen şəhərində söz azadlığı adı ilə keçirilən yığıncaq zamanı “Krudttoenden” adlı Caz Kafeyə avtomat silahdan hücum edilib. İlkin məlumata görə, 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Danimarka mediası məlumat verir ki, Məhəmməd Peyğəmbərin (s) karikaturasını çəkən “rəssam” Lars Vilksdə bu yığıncaqda olub. Bundan başqa, Fransa səfirliyinin insan haqları üzrə səfiri Fransua Zimerin də bu yığıncaqda iştirak etdiyi önə çəkilir. Bəzi media orqanları sosial şəbəkələrə istinadla bu hücumun İŞİD tərəfindən törədildiyini açıqlayıblar.