ArxivIslamXəbər lentiXəbərlər
Davudoğlu yeni komanda və partiyasına Mahçupyanı da qatdı

Davudoğlunun yeni qurduğu partiyasında ermənilər lehinə danışan Mahçupyan da qatılıb.
İslamazeri.com “Rasthaber Azərbaycan”a istinadən xəbər verir ki, sabiq baş nazir Əhməd Davudoğlunun “Gələcək” partiyasında 154 nəfər qurucunun adı yayılıb.
Quruculardan biri Davudoğlunun nazir ikən erməni müşaviri Etyen Mahçupyanın da adı var.
Mahçupyanın Xocalı soyıqrımı və Sumqayıt hadisələrilə bağlı absurd açıqlamaları var.
O 2012-ci ildə Fətullah Gülənə bağlı “Zaman” qəzetinə yazdığı “Xocalı qətliamı” adlı yazısında bu haqda danışır. O Xocalı soyqırımını – qətliam, Sumqayıt hadisələrini isə “soyqırım” kimi qəbul etdirməyə çalışır.