Xəbərlər

Davudoğlunun Ermənistan səfəri nəticə verir; Məxfi əlaqələr ciddiləşir

Təxminən üç il əvvəl Ermənistan dövləti ilə imzaladığı məxfi protokollara qarşı rəsmi Bakının sərt münasibəti yadda saxlayan Rəsmi Ankara bu dəfə Ermənistanla əlaqələrinin normallaşmasını prossesini açıq və mülayim formada aparır.

Bununla belə Türkiyə-Ermənistan arasındakı əlaqələrin yenidən bərpa istiqamətindəki addımlar rəsmi Bakını qıcığlandırmasa da Azərbaycan Respublikasında və Türkiyədə ciddi müzakirə mövzusudur.

Hətta Türkiyə mətbuatı bir az da irəli gedərək, 200 min erməninin Türkiyədə məskunlaşması haqqında da xəbərlər yayıb.
Türkiyənin sərhədləri açmaq haqqındakı xəbərlər Azərbaycan mətbuatında da geniş müzakirə olunur.

Belə ki, sərhədlərin açılma şərtlərindən biri də zahirən Azərbaycan Respublikasının işğal olunmuş rayonlarından 2-3 rayonun qaytarılması qeyd olunur. Ancaq bir çoxları da bunu düşünür ki, hətta Ermənistan bu şərt ilə razılaşsa da Ermənistan-Türkiyə sərhədlərinin açılmasından sonra işqalda qalan digər rayonların qaytarılması gələcəkdə heç danışıq mövzusu da ola bilməyəcək.
Eyni halda Türkiyə-Ermənistan arasındakı ixtilafların xeyli köklü və indiki siyasi təmasların sadəcə görüntüdən ibarət olduğunu deyən politoloq Zərdüşüt Əlizadə Deyerler saytına bildirib ki, Türkiyə-Ermənistan əlaqələrində heç bir inkişaf yoxdur və ola da bilməz.

Türk

Zərdüşüt Əlizadə bildirib : “Ermənistan Rusiyanın kölə dövlətidir. Rusiyanın icazəsi olmadan heç bir siyasi təşəbbüs həyata keçirmək qüdrəti yoxdur. Türkiyə isə dünya miqyasında erməni lobbisinin 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı təbliğatı hücumuna indidən hazırlaşır. Türkiyə bütün dünyaya sübut etmək istəyir ki, erməni xalqına qarşı heç bir ədavət bəsləmir və erməni dövləti ilə bütün əlaqələri normallaşdırmağa hazırdır. Bunun üçün hətta Türkiyə Rusiya vassalı, kasıb, kiçik erməni dövlətinin ayağına gedir və erməni xalqına dost mesajlarını verir. Ermənistan isə bunu rədd edir. Çünki Ermənistan Rusiyanın köləsidir və müstəqil deyil.”

Zərdüşt Əlzadə əlavə edib : “Mətbuatda gedən 200 min erməniyə Türkiyədə torpaq verilməsi haqqında xəbərlər isə sadəcə nağıldır. Əvvəla Türkiyədə sahibsiz torpaq yoxdur. 70 milyon əhalisi olan Türkiyənin torpaqları ya dövlət tabeliyindədir, ya da özəl torpaqlardır. Digər tərəfdən 200 min erməni haradan gətiriləcək? Ermənistanda hər il 50 min erməni ölkəsini tərk edir. Dağlıq Qarabağda durmadan ermənilər azalır. Bu baxımdan Türkiyənin şərqində hər hansı bir torpaq hissəsinin ayrılması haqqında nağıl inandırıcı deyil.”
Eyni halda son günlərdə Türkiyə xarici işlər nazirinin Ermənistana səfəri Ankara ilə İrəvan arasında təmaslarında ciddi bir siyasi addım sayılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button