Daxili İşlər Nazirliyi önündə etiraz: “Yoldaşımı narkotiklə şərləyiblər”

O, Şamaxıda dəmir alqı-satqısı ilə məşğul olub. Mehriban xanım deyir ki, yoldaşı işini davam etdirə bilmək üçün hər ay Şamaxı rayon Polis Şöbəsinin rəis müavini Səid Seyidova pul ödəyib. İşləri zəiflədiyindən ödənişi dayandırmalı olub. Bununla ona qarşı həbs təhdidləri və zorakılıq başlayıb. Mehriban Ömərova həyat yoldaşına ədalət axtarmaq üçün Bakıya gəlib, hüquq mühafizə orqanlarına müraciət edir.
Həyat yoldaşı həbs olunandan 4 uşağı ilə birgə ehtiyac içindədir. Daxili İşlər Nazirliyi şikayətlə bağlı bildirib ki, Ömərovun saxlanılması ilə bağlı istintaqa aidiyyəti olmayan iddialar şəxsi mülahizələrdir, həqiqəti əks etdirmir. Onun üzərində satış məqsədilə daşıdığı 14 ədəd bükümdə marixuana və metamfetamin aşkar olunub.