“Demokratiya” cildli ölüm kabusu cəhənnəmə əbədi səfər etdi

Con Makkeyn (John McCain) –Ona Amerika siyasətinin cildi də demək olar. Niyə? Çünki ömrünün əvvəlindən axırına kimi qan tökdü. Axı Amerika da qan üzərində qurulmuşdu və qanla suvarır ömrünü.
Amerikanın ən quduz senatorlarından olan Makkeynin həyatına nəzər salanda bu adamın demokratiya uğurunda mübarizə apardığını deyənləri və yoxluğuna üzülənləri anlamaq olmur.
O, sanki bəşəriyyəti qanlı caynaqları ilə cırmaqlayan ifritə idi.
Con Makkeyn ömrünün sonlarını İŞİD terror təşkilatının çiçəklənməsinə həsr etdi. Ona İŞİD-ın atası da deyirdilər. Ağlasığmayan işgəncələrin, vəhşiliklərin törədicisi olan İŞİD Makkeynin bu dünyadakı ruhudur… Nə qədər iyrənc, qanlı və vəhşətlə dolu…
Vyetnam-bitməyən eşqin ağrı nəğməsi
Amma İraqdan və Suriyadan öncə Vyetnam var idi. Təkcə Vyetnam müharibəsində Amerika 3 milyon dinc vyetnamlını öldürdü. Bu müharibədə 58 min amerikalı məhv edildi. Amma onlar Vyetnama dinc insanları öldürməyə gələn silahlılar idi.
Amerika Vyetnama 500 000 silahlı göndərmişdi. Dinc insanları qətlə yetirmək, bu torpaqları işğal etmək üçün.
Con Makkeynin həyatında Vyetnam müharibəsi qara zolaqdır. Yəqin ki, o, bu müharibədə çəkdiklərini bu gün də xatırlayır.
Arizona ştatını təmsil edən iki senatordan biri olan Con üçün avqust ayı həm doğum, həm də ölüm tarixini yaşadır. Avqustun 25-də beyin xərçəngindən ölən senator 29 avqust 1936-cı ildə ABŞ-da hərbiçi ailəsində doğulub.
Onun babası və atası ABD Dəniz Qüvvələrində admiral idi. O, da ata və babası kimi 1954-cü ildə ABD Dəniz Qüvvələrində Akademiyasına girdi. 1967 –ci ildə hərbi təyyarəçi kimi Vyetnama göndərildi.
Elə həmin ili ABŞ-ın 20 hərbi təyyarəsi Vyetnamın Hanoi şəhərindəki termoelektrik stansiyalarını məhv etmək əmrini alır. Con Makkeyn bu dəfə dinc əhalinin başına bomba yağdırıb geri salamat dönə bilmir. Onun təyyarəsini vururlar və özünü də əsir götürürlər. O, 5 il, 5 ay Vyetnamda həbsxanada saxlanılır.
Con Makkeyn Vyetnamdakı Hanoy hospitalında müalicə alarkən
Conun ömüründən qara zolaq kimi keçən Vyetnam nəğməsi çox kədərliydi və çox amansız idi. Elə Conun təmsil olunduğu ABŞ-ın xarici siyasəti kimi –Parçala hökm sür. Con Vyetnamda həm mənən, həm də fikzi baxımdan parçalanmışdı. O, əsirlikdən ABŞ-a dönəndə artıq ömrünü bitirmiş, son günlərini yaşayan at qarışqasına bənzəyirdi. Qanadları var idi amma uçmaq və istədiyi kimi hərəkət etmək imkanı məhdud idi. Con içkiyə, qumara qurşandı, kazinoların və gecə klublarının simasına çevrildi.
Conun kədərli Vyetnam nəğməsi illər sonra -bir də 1995-ci ildə yenidən mızıldanırdı. Nə qədər əcaib olsa da o, vaxtilə bomba tökdüyü ölkə ilə sülh danışıqlarında iştirak edirdi. Necə deyərlər üzürü günahından betər.
Yerigəlmişkən qeyd edək ki, Conun Vyetnamda əsirlikdən xilas olmasının başlıca səbəbi onun ABŞ Dəniz ordusunda admiral olan atası ilə bağlı idi. Çünki rəsmi Vyetnama Con tələyə qoyulmuş bir tikə ət kimi gərəkli idi. Conun atası oğlunun xilası üçün çalışırdı və buna nail oldu. Amma bu olayda Vyetnamın da qazandığı az olmadı.
Qan qoxusuna sussayan Makkeynin Yaxın Şərqi işğal planı
2008-ci ildə ABŞ-da keçirilən prezient seçkilərində o, Respublikaçılar Partiyasının sədri kimi namizədliyini irəli sürdü. Lakin o, ABŞ-ın 44-cü prezidenti seçilən Barak Hüseyn Obamaya yenildi. Bu isə Conun qəlbindəki Amerika sevgisini öldürmədi. O, neft çıxan hər yerdə qan axıtmağa, viran qoymağa hazır idi, təki ABŞ-ın dünyanı işğal etmək planı həyata keçsin.
ABŞ-ın kompüter mütəxəssisi, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olan Edvard Snovden çıxışlarından birində İraqda insanların diri-diri ciyərini çıxarıb yeyən, başını kəsən İŞİD terror təşkilatının arxasında ABŞ, İsrail və İngiltərənin dayandığnı iddia etmişdi.
Yəhudi mənşəli Con Makkeyn yəhudilərin müqəddəs məkanı olan Ağlama (Arzu) Divarını ziyarət edərkən
E.Snovden İŞİD-ın bölgədə İsrailin təhülkəsizliyini qoruduğunu və ABŞ, İsrail, İngiltərənin birlikdə bütün terror təşkilatlarını “Eşşək arısı” (Hornet’s Nest) adlı layihədə bir araya gətirmək üçün çalışdıqlarını iddia edirdi.
Sabiq agentin bu çıxışından az sonra senator Con Makkeynin İŞİD lideri Əl-Bağdadi ilə bir neçə şəkli ortaya çıxdı.
Bu fotoların da E.Snovden tərəfindən mediyaya sızdırıldığı deyilsə də, ABŞ tərəfi bunu şayiə adlandırmaqla üstündən keçməyə çalışdı.
Beynəlxalq nüfuza sahib olan konfiliktoloq Villiam Engdahl da İŞİD-ın ABŞ və NATO layihəsi olduğunu söyləyir: “İŞİD 2012-ci ildə İordaniyanın Safavi böllgəsində ABŞ-a aid bir hərbi bazada yaradıldı. İŞİD-ın yaradılmasında ABŞ, İordaniya və Türkiyə kəşfiyyatı rol oynadı“.
Qeyd edək ki, Safavi bölgəsi İordaniyanın şimaındakı çöllük ərazidir, həm İraqla, həm də Suriya ilə həmsərhəddir. V.Engdahl ABŞ-a məxsus olan hərbi düşərgənin, o cümlədən yaranmaqda olan İŞİD terror təşkilatının bütün xərcini Səudiyyə Ərəbistanının ödədiyini yazırdı.
Tanınmış ekspert Mixail Çasudoviski də İŞİD-ın əslində ABŞ-ın layihəsi olduğunu “Global Research” saytında yayımlanan məqaləsində qeyd etmişdi. M.Çasudoviksi araşdırmasında onu da bildirirdi ki, əslində İŞİD 2004-cü ildə Corc Buş hakmiyyəti dönəmində cızılmış layihə idi.
Bütün hallarda isə Con Makkeynin İŞİD-dan gözləntiləri böyük idi. O, bu terror təşkilatının vasitəsilə ABŞ-ın Yaxın Şərqi işğal edəcəyinə və bütün neft iyi gələn ərazilərə sahib çıxacağına ümid bəsləyirdi. Arizona senatoru əslində İraqda istəyinə müəyyən dərəcədə nail olsa da Suriyada burnu əzildi və bu dirəniş çox uzun çəkdi.
Yaxın Şərqin işğalına gəlincə bu gün Türkiyədə ABŞ-ın 55 hava bazası bu istəyin gerçəkləşməsinə bütün conları inandırsa da müqəddəs torpaqlardakı döyüşçülər bu inamın öləziməsinə öz Şəhadətləri bahasına nail oldular.
Makkeyn Ərdoğan görüşü
Arizona senatoru Makkeynin Türkiyə səfəri də əcaib oldu. Onun Türkiyədən öncə Kobaniyə baş çəkməsi isə xeyli müzakirələrə səbəb olmuşdu. Çünki o, əslində əksəriyyətini PKK-nın Suriyadakı qolu PYD-in üzvlərinin təmsil etdiyi Suriya Demokratik Güclərinə dəstək verən ABŞ əsgərləri ilə görüşmək üçün Kobaniyə üz tutmuşdu. Suriya Demokratik Gücləri və ya Azad Suriya ordusunun tərkibində döyüşən terrorçuların əksəriyyəti əcnəbi muzdlulardı. Bu muzdluların pullarını isə ABŞ-ın əmri ilə Səudiyyə Ərəbistanı ödəyir.
Con Makkeynin Türkiyə səfərində məqsəd başqa idi. O, PYD-nın İŞİD-dan aldığı Kobaniyə ziyarəti zamanı həm PKK həm də PYD terror təşkilatının liderləriylə görüşdü. Vəziyyəti dəqiqləşdirdikdən sonra isə Türkiyəyə üz tutdu.
Con Makkeynin və ABŞ-ın Yaxın Şərq planında 7 Kürdüstan dövləti qurmaq cəhdi isə iğal etdikləri bölgələrdə daim münaqişə ocaqlarının var olması arzusundan irəli gəlir.
Nəzərə alanda ki ABŞ bütün dünyada silah istehsalı və silah satışında lider ölkədir, onun münaqişə ocaqlarının artırılmasında həvəsli olmasının səbəbini anlamaq o qədər də çətin deyil. Eyni zamanda daim münaqişə olan bölgələrdə mədəni həyat məhv edilir. Ən başlıcası təhsil və iqtisadiyyat sıradan çıxır.
Məşhur sosioloq Nuam Çomiskinin diliylə desək dünyanı sümürən Amerikaya isə cahil kütlə lazımdır. Savadsız, imansız və əxlaqsız kütləni idarə etmək çox asandır.
Suriyada İŞİD-ın ali məktəblərə hücum edib bir gündə 200-ə yaxın tələbənin başını kəsməsi və ya Pakistanın ən yaxşı ali məktəblərində hər il bir neçə dəfə terror olayının təkrarlanması da ABŞ kimi imperialist dövlətin dindən və təhsildən qorxusunun nəticəsidir.
Con Makkeyn Yaxın Şərqi təkcə neftinə görə deyil, eyni zamanda digər yeraltı, yerüstü sərvətlərinə və strateji mövqeyinə görə işğal etmək istəyən ölkəsinin-ABŞ-ın ən önəmli simalarından idi.
O, Ərdoğanla görüş zamanı necə olur olsun tezliklə Rakkanı geri almağın vacibliyini bir vəzifə kimi Ərdoğana yükləyib ölkəsinə qayıtmşdı. Çünki Con Makkeynin muzdlu döyüşçülərinin əldə etdikləri bütün neft məhsullarının marşrutu məhz Rakkadan keçirdi.
Amma çox təəsüflər olsun ki, bütün bu həngamələrdən sonra da ABŞ-ın xalqlara azadlıq, ölkələrə firavanlıq gətirəcəyinə inam və ümidi hər vasitə ilə təbliğ edən qrantbazlar bütün dünyada, o cümlədən Azərbaycanda da var olmaqdadır.
Arzu Abdulla