ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Demokratiya indeksi: Azərbaycan yenə də avtoritar ölkələr sırasında

Azərbaycan demokratiya indeksində dünyada 134-cü sıradadır. Ölkənin 2.87 balla “avtoritar” idarəçilikdə olduğu açıqlanıb.
“Economist Intelligence Unit” (EİU) dünyada ötən ilin yekunları üzrə demokratiya hesabatını dərc edib.
Qonşulara gəlincə, Ermənistan 5,63 balla 82-ci, Gürcüstan 5.20 balla 90-cı yerdədir. Hər ikisində rejimin növü “hibrit” sıralamasındadır.
Qazaxıstan 3.08 balla 127 (avtoritar), Rusiya 2.28 balla 146 (avtoritar), Türkmənistan 1.66 balla 161-ci (avtoritar) yerdə qərarlaşıb.

Hesabatda qeyd edilir ki, Şərqi Avropada hələ də “tam demokratiya” olan ölkə yoxdur. Azərbaycan da daxil olduğu bölgənin 28 ölkəsindən 16-sı “qüsurlu” demokratik, 4-ü “hibrid rejimlər” (Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna) və 8-i “avtoritar rejim”dir (Azərbaycan, Belarus, Rusiya və Müstəqil Dövlətlər Birliyinə üzv olan bütün Orta Asiya ölkələri).
Hesabat müəllifləri qeyd edirlər ki, builki demokratiya indeksi Rusiyanın Ukraynaya təcavüzünün kölgəsində qlobal demokratiya meyllərinə işıq salır: “Müharibə bütün dünyada şok dalğalar yaradıb. Ukraynanı dəstəkləyən inkişaf etmiş, demokratik ölkələrlə birlikdə tərəf tutmamağı seçən bir çox inkişaf etməkdə olan ölkələr arasında fikir ayrılıqlarını var”.
Region üzrə
Azərbaycanın yerləşdiyi region üzrə reytinqi isə 23-dür. Bu tərəfdən baxanda Ermənistan 17, Gürcüstan 19-cu yerdədir.
İqtisadçı Qubad İbadoğlu hər il açıqlanan hesabatları izləyir.
O deyir ki, Azərbaycan 2021-ci illə müqayisədə ötən il mövqeyini 7 pillə yaxşılaşdırıb. Halbuki ötən il mürtəce “Media haqqında Qanun”un tətbiqinə başlanılıb:
““Siyasi partiyalar haqqında” məhdualaşdırıcı qanun qəbul edilib, siyasi məhbusların sayı artıb. Hətta onların siyahısına tanınmış ictimai fəallar və jurnalistlər də qoşulub, amma EİU Azərbaycanda demokratiya sahəsində vəziyyətin yaxşılaşdığını, avtoritar Azərbaycanda siyasi iştirakçılığın və siyasi mədəniyyətin yüksəldiyini bəyan edib”.
