Aktual

Deputat başda olmaqla bir çox isveçli xanım zorakılığa etiraz olaraq hicaba büründü

«Hicablı etiraz» adlanan internet kampaniyanın iştirakçıları arasında deputatlar Riksdaqa Osa Romson və Veronika Palm, həmçinin məşhur aparıcı Cina Diravi də var. 

İsveçrədə bir çox xanımlar hicab bağlayaraq çəkdirdikləri şəkilləri internetə yerləşdiriblər. Beləliklə, müxtəlif inanclı qadınlar Stoqholmda sadəcə hicab geyindiyi üçün döyülən hamilə qadına həmrəylik nümayiş ediblər.
«Hicablı etiraz» adlanan internet kampaniyanın iştirakçıları arasında deputatlar Riksdaqa Osa Romson və Veronika Palm, həmçinin məşhur aparıcı Cina Diravi də var.
Qeyd edək ki, hadisə ötən cümə bir çox immiqrantların yaşadığı Farst yaxınlığında baş verib. Naməlum kişi təhqir dolu irqçi şüarlar səsləndirərək hamilə qadına hücum etmiş, hicabını açmış və onun başını yaxınlıqda park edilmiş maşına çırpmışdı. Zərərçəkən xəstəxanaya yerləşdirilir, həkimlər ona beyin silkələnməsi diaqnozu qoyurlar.
Polis istintaqa başlayıb. Dələduzu tapmaq hələ ki, mümkün olmayıb. İsveç televiziyası hücumçunun DNT-sini əldə edildiyi barədə xəbər yayıblar.
Hadisə KİV-də əksini tapandan sonra bir çox müsəlmanlar öz geyimlərinə görə dəfələrlə izləndikləri barədə mətbuatı məlumatlandırıblar.
«Hicablı etiraz» aksiyasının iştirakçıları öz şəkillərini Twitter və #hijabuppropet heşteq-indən istifadə edərək digər sosial şəbəkələrdə yerləşdiriblər.
Kampaniya iştirakçıları İsveçrədə zorakılığa məruz qalan müsəlmanların vəziyyətinə diqqəti yönəltmək istəyirlər. Ədliyyə naziri Beatris Ask bu cür hücumların tam ciddiliklə qəbul olunması barədə bəyanat verib. Nazirin bu gün internet etirazçılarla görüşəcəyi gözlənilir.

nardaranpiri.com 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button