ArxivmədəniyyatQarabağSosialXəbər lentiXəbərlər
Deputat Könül Nurullayeva üzr istədi

Bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva noyabrın 13-də “Feysbuk” hesabında qeyd edib.
Deputat statusunda bildirib ki, dövlətə və xalqa bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyi açıq və aydındır:
“Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir. Belə bir təcrübə artıq var, söhbət Çıraqov qardaşları və digərlərinin işi üzrə Avropa Məhkəməsinin qərarından gedir. Mənim bütün vətəndaşlarımıza, o cümlədən məcburi köçkün soydaşlarımıza münasibətim hər zaman eyni olub. Bu gün ərazilərimizin işğaldan azad olunmasına həm bir azərbaycanlı, həm də məcburi köçkün statusundan xilas olan xalqın nümayəndəsi kimi sevinirəm. Tam səmimiyyətimlə deyirəm – sevinciniz sevincim, kədəriniz kədərimdir. Mən vətənimi, dövlətimi, xalqımı sevirəm, buna heç kimin şübhəsi olmamalıdır”.
Bu gün Milli Məclisin İntizam Komissiyası deputat Könül Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.