Aktual

“Suriyaya qarşı Türkiyə-İsrail ittifaqı qurulmalıdır”

Adnan Oktarın ”pişiyim” deyə səsləndiyi Aylin Kocaman: “İsrail və Türkiyə Əsada qarşı birləşsin”

Türkiyədə Harun Yahya olaraq da tanınan Adnan Oktar adlı şəxsin başçılıq etdiyi sektanın əsas funksionerlərindən olan Aylın Kocaman İsrailin məşhur xəbər saytlarından olan “Jerusalem online” saytına müsahibə verib.
“Jerusalem online”nın əməkdaşı Reyçl Abraham tərəfindən hazırlanan reportaj “Əsada qarşı Türk-İsrail ittifaqının qurulması lazımdır” başlığı altında dərc edilib.
Reportajda Aylın Kocaman, Türkiyə-İsrail ittifaqının Bəşar Əsad üçün çox böyük bir təhlükə olacağını bildirərək, Suriya üçün alınması lazım olan ilk tədbirin Türkiyə liderliyində yaradılacaq “İslam Sülh Qüvvələri”nin ABŞ və digər qərb dövlərlərinin dəstəyini də alaraq Suriyaya girməsi olduğunu ifadə edib.
Türkiyədən yayımlanan “A9 TV” kanalının və “Building Bridges” proqramının şərhçisi, həmçinin “Şark ül Avsat” qəzetinin yazarı olan Aylin Kocaman sonra deyib: “Suriyada insanlar ölür və qırmızı xətt çoxdan aşılmışdır. Suriya öz kimyəvi silahını özü istehsal edir. Bu sahədə çox inkişaf edib, öz elm insanları, öz laboratoriyaları, öz fabrikləri var. Yəni Əsad kimyəvi silahlarını təslim etsə və ya məhv etsə belə, yeni kimyəvi silahlar istehsal etmək imkanı var. Deməli Bəşər Əsədi kimyəvi silahsız qoymaq müvəqqətidir və bu Suriyanın zəiflədilməsi üçün həll yolu deyil.”
Adnan Oktarın (Harun Yahya) qatıldığı proqramlarda çox zaman “kediciyim” deyə xitab etdiyi Aylin Kocaman fikirlərinin yekunu olaraq bildirib: “Türkiyə və İsrail Suriya böhranına qarşı bir hərbi paktı təşkil edərək ikili əlaqələrini artırmalıdırlar. Bəşər Əsəd onu əhatə edən bu güc birliyini görməlidir. İsrail və Türkiyə arasındakı ayrılıq Əsadı gücləndirər. Türkiyə-İsrail koalisiyası isə Suriya rəhbərliyi üçün böyük bir təhdid meydana gətirəcək.”

islamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button