ArxivXəbər lentiXəbərlər

Moskvada xanım Rüqəyyənin şəhadəti günü qeyd olunub

Moskvada “Əhli-beyt” cəmiyyətinin və müsəlmanların şəxsi təşəbbüsü ilə İmam Hüseynin (ə) qızı xanım Rüqəyyənin şəhadəti qeyd edilib.

SalamNews-un Moskvadakı müxbirinin verdiyi xəbərə görə, şəhər Restoranlarının birində keçirilən mərasimdə ilk öncə möminlər Qurani-Kərimi dinləyiblər.

Çıxışında “Əhli-Beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bu çür təşəbbüslərin təqdirəlayiq olduğunu bildrərək, islam dünyasının önəmli şəxsiyyətlərinin yad edilməsinin vacibliyini vurğulayıb.

Çıxış edən ilahiyyatçı Yüsif Hüseynov xanım Rüqəyyənin həyatına diqqət çəkib. İmam Hüseynin (ə) Kərbəla çölündə sevimli balasına göstərdiyi diqqəti və qayğını hədislər və əhvalatlar şəklində möminlərə çatdırıb. Nitqində ilahiyyatçı bu cür məclislərə Allah–Təlanın nəzərinin olduğunu da qeyd edib.

İlahiyyatçı Mahir Həziyev də xanım Rüqəyyənin Kərbəla çölündəki rolunu qeyd edib. Onun həzrət Əbəlfəzl (ə) və İmam Hüseynlə (ə) olan dialoqlarını, ona olan məhəbbətlərini vurğulayıb. Xanımın ölüm səhnəsini anladıb.

Mərasim mərsiyyələrlə davam etdirilib. Sonda möminlər üçün ehsan süfrəsi təşkil olunub.


Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button