AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

DEVAMM-ın sədri: Qarabağ cəbhəsinin döyüşçüləri Əhli-beytə (ə) təvəssül etməklə qalib oldular

İlqar İbrahimoğlu: Qarabağ cəbhəsinin döyüşçüləri Əhli-beytə (ə) və İmam Hüseynə (ə) təvəssül etməklə döyüş meydanının qalibi oldular.

Qafqaz Həqiqətləri xəbər verir ki, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu Ərdəbilin İslam Təbliğatı İdarəsinin evsahibliyi ilə keçirilən Şəhid Süleymani, Hərəm müdafiəçiləri və Qarabağ müharibəsi şəhidlərinin uca məqamının anım vebinarında Fayimiyyə günləri, doktor Fəxrizadənin şəhadətinin 40 günlüyü və şəhid general Qasim Süleymaninin şəhadətinin ildönümü münasibətilə Ali Məqamlı Rəhbərə və bütün müsəlmanlara başsağlığı verərək deyib: “Şəhadət çox böyük iftixardır və Allah onu Özünün saleh bəndələrinə qismət edir. Təqvalı insanlar bu iftixara nail olurlar.”

Hərəm müdafiəçiləri şəhidləri və Hacı Qasim Süleymani kimi böyük komandirlərin bütün İslam dünyasının şəhidləri olduğunu vurğulayan Cümə məscidinin imam camaatı deyib: “Şəhid Polad Həşimov da Qarabağ müharibəsinin komandirlərindən biri idi, şəhid Süleymaninin yolu davam etdirdi və İslam torpağının bir hissəsi olan Qarabağın azad edilməsi uğrunda şəhid oldu. O, İslam şəhidləri sırasındadır.”

“Bütün şiələrin komandiri həzrət Zeynəbdir. Ləbbeykə ya Hüseyn şüarı və Əhli-beytə (ə) təvəssül etməklə düşmənlə mübaribzə meydanına gedənlərin işinin sonu qələbə və fəthdir. Qarabağ müharibəsində gördük ki, Azərbaycan əsgərləri Ləbbeykə ya Hüseyn, ya Zəhra və bu kimi şüarlarla döyüşürdülər. Bu əhval-ruhiyyə Azərbaycan ordusunun Ermənistan ordusu üzərində qələbəsinə səbəb oldu”-deyə, İ. İbrahimoğlu deyib.

DEVAMM-ın sədri çıxışının davamında Ali Məqamlı Rəhbərin: “Qarabağ Azərbaycanındır və tamamilə bu ölkəyə qayıtmalıdır” bəyanatına toxunaraq deyib: “Ali Məqamlı Rəhbərin açıqlamasından sonra Suriya əhalisi də Azərbaycan Respublikasına dəstək verdi. Qarabağ da Suriya, Yəmən, Fələstin və İslamın digər torpaqları kimidir və bu İslam torpağını müdafiə etmək hamıya vacibdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button