ArxivXəbər lentiXəbərlər

DİN Maştağadakı silahlı insidentlə bağlı məlumat yaydı

“Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub” – məlumatda deyilir.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 26 yaşlı gəncin güllələnməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button